"Report"un xəbərinə görə, iclasa hazırlıq məsələsi Kiyevdə GUAM Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 42-ci görüşündə müzakirə olunub.
MƏŞ həmçinin BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində "GUAM+" formatındakı görüşlərlə bağlı məsələlərə baxıb.
Xatırladaq ki, BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışı sentyabrın 12-də gözlənilir.