Elşad Xose Oksana ilə çəkildiyi film haqqında: “Rome və Culyetta münasibətlərimiz..." - FOTO

Elşad Xose Oksana ilə çəkildiyi film haqqında: “Rome və Culyetta münasibətlərimiz..." - FOTO
16:48 11 Sentyabr 2017
198 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Mətbuat Mərkəzində baş rollarda Oksana Rəsulova və Elşad Xosenin çəkildiyi “Mələyin öpüşü” adlı filmin mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, aktrisa açıqlamasında bildirib ki, “Mələyin öpüşü” filmi “Oksimed” şirkətinin ikinci layihəsidir. Filmin ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. İdeya müəllifi Nərgiz Qasımova, operatoru Elman Əliyevdir.

Son illərdə özünü aktrisa kimi sınayan rəqqasə açıqlamasında bildirib ki, filmin ideyası onun rəfiqəsi Nərgiz Qasımovaya məxsusdur:

“Şər qarışanda” filmimiz qorxu janrında olduğu üçün insanlar o qədər də maraq göstərmədi. Odur ki, qərara gəldik ki, bu dəfə sevgidən, ehtirasdan və romantikadan bəhs edən film çəkək. Düşünürəm ki, bu film bizə böyük uğur gətirəcək. Birincisi, Xalq artisti Fuad Poladovun filmdə rol alması bizim üçün artıq 70 faiz uğur deməkdir. İkincisi isə ekran işi Elşad Xose ilə mənim keçmiş münasibətlərimdəm bəhs edir. “Mələyin öpüşü”ndə bizim Elşad Xose ilə sevgi hekayəmiz əks olunub. İdeya rəfiqəm Nərgiz Qasımova tərəfindən gəlib. O, məni Elşadla yuxusunda görüb. O, yuxusuda görür ki, mən əlil arabasındayam, Elşad isə gəlib mənim həyatımı xilas edir. İdeya çox xoşuma gəldi. Odur ki, rejissora belə bir mövzuda film çəkməyi təklif etdim. Elşadın özü də böyük maraqla qarşıladı. Filmdə möhtəşəm məkanlar var. Sakit Məmmədov filmdə bizə gözəl rəsmlər təqdim etdi. Onun oğlu Nizar Məmmədov da filmdə rol alıb”.

Oksana keçmiş həyat yoldaşı və filmdəki tərəf müqabili Elşadla münasibətlərindən danışıb:

“Beş il əvvəl ayrılsaq da, heç vaxt onunla düşmən olmamışıq. Münasibətlərimiz davam etməsə də, aramızdakı doğmalıq və mənəvi yaxınlıq hissləri heç vaxt azalmır, bir-birimizə işlərimizdə dsətək oluruq. Onunla bir filmdə oynamağımız da normaldır”.

Oksana filmin ssenarisinin plagiat olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

“Ən çox da bu üç filmə bənzədirlər: “Mən və sən”, “Səndən öncə mən”, “Sən və mən”. Heç birinə bənzəmir. Nəyisə oxşada bilərlər, amma süjet xətti başqadır. Elşadı bir aktyor kimi kəşf etdim. İnanıram ki, bundan sonra çoxlu film təklifləri alacaq”.

Elşad Xose də filmlə bağlı sualları cavablandırıb. O bildirib ki, burada həyatına oxşar məqamlar çoxdur:

“Oksananın öz həyatı dramdır deyə növbəti filmini də dram janrında çəkməyə üstünlük verib. Cavanlıqda KVN-ə və yazı-pozu işləri məşğul olduğum və vaxtımın çoxunu kamera qarşısında olmağım mənə rahatlıq verdi. Atam rolunda çəkilən Fuad Poladov kimi biri ilə eyni filmdə rol almaq mənim üçün böyük məsuliyyət demək idi. Oksana ilə bizim “Rome və Culyetta” münasibətlərimiz insanlarda həmişə böyük maraq yaradıb. İnanıram ki, münasibətlərimizin bəzi məqamlarının ekranlaşdırılması bizə uğur gətirəcək. Odur ki, filmin tamaşaçı toplamasına şübhə etmirəm. Çox istəyirəm ki, bu film həm mənim həyatımda, həm Azərbaycan kino sənətində də bir təkan olsun. Və komediyadan bir az da olsa uzaqlaşaq”.

Elşad Xose Oksana ilə dərin sevgi yaşamasına baxmayaraq dostluq hisslərinin qoruyub saxlamasına belə cavab verib:

“Evli olmağımız işə heç bir maneçilik yaratmadı. Əksinə sevgi səhnələrinin çəkilməsində bizə kömək etdi”.

Oksana Rəsulova isə keçmiş həyat yoldaşının filmə hamıdan məsuliyyətli yanaşdığını ifadə edib:

“Elşad çəkiliş meydançasına hamıda birinci gəlir və hamıdan sonra gedirdi. Bunu çoxlarına deyəndə inanmırdı”.

Aytən

Elnur Muxtar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/212966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR