ŞOK: Məşhur aparıcı övladlıq imiş - VİDEO

ŞOK: Məşhur aparıcı övladlıq imiş - VİDEO
11:23 12 Sentyabr 2017
256 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə "Haber Türk" proqramının aparıcısı Cem Sünbül 42 il sonra bioloji anasını tapıb.

Publika.az xəbər verir ki, 28 yaşında övladlığa götürüldüyünü öyrənən məşhur aparıcı ona baxan ailəni incitməmək üçün ailəsini axtarmayıb. Ögey ana-atası dünyasını dəyişdikdən sonra efirə çıxaraq həqiqi ailəsini axtarıb.

Tv8-də yayımlanan "Həyatdan hekayə" verilişində başına gələnləri danışan aparıcı çox keçmədən canlı yayımda zəng alır. Bir qadın onun anası olduğunu iddia edib və DNT testi etmək istədiyini deyib.

DNT analizinin nəticələri müsbət çıxıb. 42 il sonra həqiqi anasına qovuşan aparıcı göz yaşlarına hakim ola bilməyib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/213056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR