Dişləri ağartmaq üçün təbii üsullar

Gündə iki dəfə dişlərimizi fırçalasaq da, lazım olan diqqəti göstərsək də, zamanla dişlərimizdə ləkələr meydana gəlməyə başlayır.

Metbuat.az xəbər verir ki, təbii üsullarla dişlərinizi ağarda bilərsiniz.

Soda ilə diş ağartma

İslatdığınız diş fırçasını qaba qoyduğunuz sodaya batırın və dişlərinizi yavaş şəkildə 2-3 dəqiqə fırçalayın. Bu təbii diş ağartma üsulunu həftədə 2-3 dəfə tətbiq etsəniz, nəticəni görəcəksiniz.

Soda, duz və sirkəni qarışdırıb təmiz diş fırçası ilə dişlərinizə tətbiq edin.

Banan qabığı

Maqnezium və kaliumla zəngin olan banan qabığını diş ağartma üsulu olaraq istifadə edə bilərsiniz. Dişlərinizi fırçaladıqdan sonra banan qabığı ilə dişlərinizi ovun, daha sonra su ilə dişlərinizi yaxalayın.

Aysel Yaqubqızı / Metbuat.az

Təcilli tibbi yardıma müraciətlərin statistikası - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR