“Kolada SPİD var” mesajını Rəfael İsgəndərovun oğlu yayıb? - AÇIQLAMA

“Kolada SPİD var” mesajını Rəfael İsgəndərovun oğlu yayıb? - AÇIQLAMA
13:53 14 Sentyabr 2017
402 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Rəfael İsgəndərovun oğlu Vatsapda yayılan və əhali arasında narahatlıq yaradan “Kola içkisinə SPİD virusunun düşməsi”ni bildirən səs yazısı ilə bağlı açıqlama verib.

Publika.az
xəbər verir ki, bu barədə R.İsgəndərovun oğlu Fuad İsgəndərov instaqram hesab hesabında video açıqlama yayıb.

Qeyd edib ki, sözügedən səs yazısını o, İnstaqram səhifəsində zarafat məqsədilə dostları arasında paylaşıb: “Bu səsyazmanı hamı kimi mənə də göndəriblər. O videonu gülmək üçün paylaşmışam. Sonra gördüm ki, bu videonu bir neçə səhifə paylaşıb, hamı da yumoru yalnış anlayıb”.

Qeyd edək ki, mediada aktyorun oğlunun bu videoya görə həbs edilə biləcəyi barədə məlumatlar yer almışdı.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/213328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR