Londonun mərkəzi küçələrindən birində tullantılardan əmələ gələn nəhəng zibil kanalizasiya borusunda tıxac yaradıb.

Publika.az xəbər verir ki, prezervativ, uşaq bezləri, salfetka və digər məişət tullantılarından əmələ gələn zibilin çəkisi 130-ton, eni isə 3 metrdir.

Maraqlısı budur ki, London Muzeyinin nümayəndəsi sözügedən zibili eksponat olaraq istifadə etmək istədiyini bildirib.

London Muzeyinin direktoru Şeron Ementin (Sharon Ament) fikrincə, belə eksponat meqapolisin daha əvvəl də yaranan bir çox bənzər problemlərinin həllinə diqqət yetirməklə yanaşı, muzey qonaqlarının da diqqətini çəkəcək. Onlar bir an düşünəcək ki, “London əhalisi görün “necə” yaşayır?

Muzeyin piy və zibil qalıqlarından olan nəhəng laxtanı eksponat kimi istifadə etməsi üçün hələ icazə verilməyib.

Sözügedən muzeydə 20-ci əsrə qədər Londonun tarixinə aid predmetlərin geniş kolleksiyaları var. Əsas eksponat isə London merinin karetası hesab edilir.

Könül Cəfərli