“BIG BUBBLE ƏMƏLİYYATI” nın təqdimatı keçiriləcək

Uzun illlərdir ki, ölkəmizdə uşaq filminin çəkilməsi bir arzuya çevrilib.

Metbuat.az xəbər verir ki, uşaq kinosunun inkişafdan geri qalmasının hər zaman müəyyən səbəbləri olub. Bunlardan biri uşaq filmlərini çəkməyin çətinliyi,  digəri isə ssenarinin olmaması və mövcud uşaq ədəbi nümunələrinin ekran həllinə uyğunlaşdırılmamasıdır. Vaxtilə çəkilən bu filmlər uşaqların düzgün tərbiyələnməsində və yetişməsində, onların kino zövqünün formalaşmasında mühüm rol oynayıb. Bu gün isə balaca tamaşaçılar meyillərini daha çox qərb istehsalı olan, milli-mənəvi dəyərlərimizə, ailə mədəniyyətimizə yad olan savaş və fantastika filmlərinə salıblar.  

Artıq arzuların reallığa çevrilməsinə sayılı günlər qalıb. 3 oktyabr saat 19: 00 – da Nizami kinoteatrında “My Production”ın istehsalı olan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filminin təqdimatı keçiriləcək.

Məlumat üçün bildirək ki, “Big Bubble əməliyyatı” filmi 30 illik fasilədən sonra bir yenilik olacaq və böyükdən-kiçiyə hər kəsin sevəcəyi bir filmə çevriləcək.

Rejissor Teymur Nəcəfov filmin musiqi tərtibatına da xüsusi diqqət ayırıb və bu işi öz işinin peşakarı olan Rövşən Mühəmmədə həvalə edib. “Big Bubble əməliyyatı” filminin öz xüsusi mahnıları yazılıb və “Meqas” uşaq mahnı qrupu tərəfindən səsləndirilib. 

Filmdə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin uşaq aktyor kollektivi çalışıb və peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, Avropa janrında çəkilən “Big Bubble əməliyyatı” uşaq macəra filmi 6 oktyabrdan Nizami kinoteatrında nümayiş olunacaq. Metbuat.az saytı filmin informasiya dəstəyini həyata keçirir.

"İphone" telefonlarında niyə saat 09:41-i göstərir? - FOTOLAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR