Azərbaycan Premyer Liqasında ötən turun bütün oyunlarından sonra futbolçulardan dopinq-testlər götürülüb

Azərbaycan Premyer Liqasında ötən turun bütün oyunlarından sonra futbolçulardan dopinq-testlər götürülüb
14:52 19 Sentyabr 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının V turunun bütün 4 oyunundan sonra komandaların futbolçularından dopinq-test götürülüb. Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib.
O, bildirib ki, 8 komandanın ümumilikdə 16 oyunçusundan götürülmüş test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laborotoriyaya göndərilib.
Ş.Hüseynli sentyabrından 16-da baş tutan “Neftçi” – “Zirə” matçından sonra qonaq komandanın məşqçilər heyətinin futbolçulardan test götürmək istəyən AMADA əməkdaşlarına müqavimət göstərmələrinə də münasibət bildirib. Baş direktor həmin vaxt tərəflər arasında anlaşılmazlığın olduğunu söyləyib: “Əvvəlcə bir qədər müqavimət göstəriblər. Lakin sonra vəziyyəti anlayandan sonra sakitləşiblər. Qaydalara əsasən, seçilmiş idmançı hər bir yarışdan sonra bir saat ərzində dopinq-testə cəlb olunmalıdır. Bu səbəbdən, "Zirə"nin oyunçusunun paltardəyişmə otağından aparılması qaydalar çərçivəsindədir”.
Qeyd edək ki, AMADA tərəfindən qarşıdakı turlarda da dopinq-testlərin götürülməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-oten-turun-butun-oyunlarindan-sonra-futbolculardan-dopinq-testler-gotur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR