Tələbənin qətlindən sonra Corciyada etirazlar başlayıb

Tələbənin qətlindən sonra Corciyada etirazlar başlayıb
14:52 19 Sentyabr 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-ın tanınmış təhsil ocaqlarından olan Corciya Texnologiya Universitetində tələbələr etiraz aksiyası keçirib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, etirazlar polisi tərəfindən tələbənin güllələnməsindən  sonra başlayıb.
Universitetin rəsmiləri dünən axşam kampusdakı güclü etirazlar səbəbindən tələbələri küçələrə çıxmamağa çağırıblar. Etiraz aksiyası zamanı polis avtomobili yandırılıb.
İstintaqın məlumatına görə, 21-yaşlı Skaut Şults polisə zəng edərək silahlı şəxs haqında məlumat verib. Polislər Şultsun təsvirinə uyğun olan tələbəni sentyabrın 16-da gecə saatlarında güllələyib. 
Universitetin nümayəndəsi Lans Uolles bildirib ki, 50 nəfərdən ibarət qrup kampusun polis sahəsinə gəlib. Onun sözlərinə görə, bir polis maşını zədələnib, iki zabit isə yüngül xəsarət alıb, onlardan biri müalicə üçün xəstəxanaya yerləşdirilib.
L.Uolles qeyd edib ki, 3 nəfər iğtişaşlar törətməkdə və polisə basqında ittiham olunaraq həbs edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/telebenin-qetlinden-sonra-corciyada-etirazlar-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR