Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb
17:12 19 Sentyabr 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında VI turun oyun cədəvli açıqlanıb. “Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3 günü əhatə edəcək tura Sumqayıtda start veriləcək.
Sentyabrın 22-də eyniadlı komanda "Qarabağ"ı qəbul edəcək. Ağdam komandası sentyabrın 27-də İtaliya "Roma"sı ilə Çempionlar Liqası qarşılaşmasına çıxacağından, daha tez oynayacaq. 
Həftənin son matçı isə “Qəbələ” və “Neftçi” komandaları arasında olacaq.
Azərbaycan Premyer Liqası
VI tur
22 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”
23 sentyabr (şənbə)
17:30. “Səbail” - “Kəpəz”
“Dalğa Arena”
20:00. “Zirə” – “İnter”
Zirə İdman Kompleksinin stadionu
24 sentyabr (bazar)
18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport”kanalı ilə canlı yayımlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-vi-turun-oyun-cedveli-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR