UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”

UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”
14:02 20 Sentyabr 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”. “Report” xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin UEFA-nın 13-cü Növbədənkənar Konqresində çıxışı zamanı deyib.
Sloveniyalı funksioner bildirib ki, yarış balansı qitə futbol qurumunun bir nömrəli prioritetidir. O, növbəti səviyyəyə keçmək üçün ideal mövqedə olduqlarını söyləyib: “UEFA prezidenti postunda olduğum 1 il 6 gün müddətində idarəetmə baxımından əhəmiyyətli irəliləyişə nail olmuşuq. Hazırda harmoniya dövrünü yaşayırıq”.
Qeyd edək ki, Aleksander Çeferin ötən ilin sentyabrında Yunanıstanın paytaxtı Afinada UEFA-nın Növbədənkənar Konqresində qurumun prezidenti seçilib. Onun səlahiyyət müddəti 2,5 illikdir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-prezidenti-kicik-klublarin-en-yuksek-seviyyeli-turnirlerde-oynamaq-ideyasini-davam-etdirecey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR