Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib

Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib
16:22 20 Sentyabr 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ İspaniyanın vətəndaş qvardiyası sentyabrın 20-də Kataloniyanın “müstəqilliyi haqqında” referendumuna aid 10 milyona yaxın səsvermə büllütenini müsadirə edib.
“Report” xəbər verir ki, bu haqda yerli “El Periodico” qəzeti məlumat yayıb.
İnformasiyaya əsasən, bu bülletenlər Kataloniyanın Biqes-i-Riels yaşayış məntəqəsindəki mətbəədə keçirilən axtarış zamanı aşkar edilib. Hüquq-mühafizə orqanının əməkdaşları mətbəənin iki işçisini tutub.
Məlumata görə, bir müddət əvvəl qvardiyaçıların Kataloniya hökumətinin bir neçə departamentində keçirdiyi axtarış-əməliyyat tədbiri nəticəsində 12 nəfər, o cümlədən iqtisadiyyat və vergi idarələrinin başçılarını tutulublar.
Qeyd edək ki, Kataloniya hökuməti oktyabrın 1-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırıb. Rəsmi Madrid əyalətin bu tədbirinin İspaniya Konstitusiyasına zidd olduğunu bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qvradiyacilar-kataloniyada-10-milyon-sesverme-bulleteni-musadire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR