“Soyqırımı abidəsi”nə baş əyən azərbaycanlı nazirdən etiraz yaradacaq YENİ ADDIM: Lütfi Zadəyə... - FOTO

“Soyqırımı abidəsi”nə baş əyən azərbaycanlı nazirdən etiraz yaradacaq YENİ ADDIM: Lütfi Zadəyə...  - FOTO
17:58 20 Sentyabr 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

İrəvana səfər edərək qondarma “erməni soyqırımı” abidəsini ziyarət edən Kanadanın elm naziri Reza Moridi sosial şəbəkələrdə bu günlərdə vəfat edən böyük azərbaycanlı alim Lüzfi Zadə ilə fotosunu paylaşıb.

Publika.az
xəbər verir ki, R.Moridi Lütfi Zadənin ölümünə kədərləndiyi üçün bu addımı atıb. Lakin onun bu addımı birmənalı qarşılanmayıb. Belə ki, ermənilərə göstərdiyi dəstəkdən sonra Lütfi Zadə ilə fotosunu paylaşması sosial şəbəkələrdə etirazlara da səbəb olub. Hətta, R.Moridinin bu addımını özünü bağışlatmaq cəhdi kimi qiymətləndirənlər də var.

Qeyd edək ki, R.Moridi əslən azərbaycanlıdır, Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub. Dəfələrlə Bakıda səfərdə olub və Azərbaycan dövləti tərəfindən dəstək görüb. Həmçinin, Kanadada deputat seçilməyində bu ölkədəki türk və Azərbaycan diasporunun rolu olub.


Azərbaycanlı nazirdən ŞOK ADDIM: İrəvanda “soyqırımı abidəsi”nə BAŞ ƏYDİ, sonra... - FOTOLAR


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR