Pakistan hərbçiləri Bakıda səfərdədir

Pakistan hərbçiləri Bakıda səfərdədir
18:54 20 Sentyabr 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

 

Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə nazirinin Müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR