Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb
05:57 21 Sentyabr 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda ahıl kişi boğazından bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Şərifzadə küçəsi 365, ev 10 ünvanında 1947-ci il təvəllüdlü Musazadə Məmmədhüseyn Yusif oğlu tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Ona boğaz nahiyəsinə bir, bədəninə isə iki bıçaq zərbəsi vurulub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Siraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-ahil-kisi-namelum-sexs-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR