"Report"un məlumatına görə, bu barədə "İnterfax" Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialına istinadən xəbər verib.
Xəbərə əsasən, yeraltı təkanlar paytaxt Kızıl şəhərindən 262 kilometr cənub-şərqdə, yerli vaxtla saat 19:31-də qeydə alınıb. Zəlzələnin episentri Monqolustanla sərhəddən 13 kilometr aralıda yerləşib.
Dağıntı və ya tələfat yoxdur.