Avropa çempionatından qayıdan cüdo üzrə Azərbaycan millisi ilə görüş keçirilib

Avropa çempionatından qayıdan cüdo üzrə Azərbaycan millisi ilə görüş keçirilib
13:22 21 Sentyabr 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasında (ACF) Sloveniyanın Maribor şəhərində gənclər arasında Avropa çempionatından qayıdan milli komandanın üzvləri və məşqçi heyəti ilə görüş keçirilib. ACF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vitse-prezident Sadıq Sadıqov gənc cüdoçuları təbrik edərək, onlara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb. 
O, ölkənin cüdo tarixində ilk dəfə olaraq millinin komanda yarışlarında çempion olmasını xüsusi qeyd edib.
Sonra gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov, Avropa çempionu Hidayət Heydərov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar oktyabrda Xorvatiyada keçiriləcək dünya çempionatında da uğurlu çıxışlarını davam etdirərək göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 2 bürünc qazanıb, medalların əyyarına görə kişilərin komanda hesabında birinci yeri tutub, komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.
















Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionatindan-qayidan-cudo-uzre-azerbaycan-millisi-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR