İlham Əliyevdən Ermənistanı qorxuya salan sözlər və İRƏVANA SON XƏBƏRDARLIQ

İlham Əliyevdən Ermənistanı qorxuya salan sözlər və İRƏVANA SON XƏBƏRDARLIQ
14:33 21 Sentyabr 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyası təkcə yemək süfrəsində Trampın Ərdoğanın yanına gələrək, isti münasibətlərini əks etdirən, həmçinin dünya liderlərinin tirubunadan bir-birini sətiraltı ittiham etməsindən sonra masa ətrafında səmimi söhbət etməsi kimi məqamlarla yadda qalmadı. Azərbaycan Prezidenti İlham Əliyevin BMT tribunasında çıxışı zamanı salonda əyləşən işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın əlinin dinc azərbaycanlıların qanına batdığını deməsi sözün həqiqi mənasında “soyuq duş” effekti yaratdı.

Publika.az
xəbər verir ki, Ermənistan prezidenti BMT-də Azərbaycan və Türkiyəni ittiham etdi və Azərbaycanın gücündə danışaraq, dünya birliyindən onlara kömək etməyi xahiş etdi.

Sarkisyan BMT tribunasından istifadə edərək, Azərbaycanı “təcavüzkar” kimi göstərməyə və “öz müqəddəratını təyin etmə” prinsipini ön plana çıxarmağa cəhd etdi. Lakin Prezident İlham Əliyevin çıxışı işğalçı üçün gözlənilməz zərbə, tərs şillə oldu.

Prezident İlham Əliyevin BMT-dəki çıxışı dünyanın diqqətini üç mühüm məsələyə yönətldi:

İşğalçının ifşası

Azərbaycan Prezidenti ilk növbədə “Xocalı soyqırımını törədənlərdən biri də Serj Sarkisyandır” deməklə əli qana batmış erməni prezidentin çıxışını alt-üst etdi. Daha sonra Azərbaycan torpaqlarının işğal edilməsi faktına diqqət çəkən dövlət başçısı Xocalı soyqırımı və hələ də davam edən təcavüzkar siyasətə toxundu.
“Azərbaycan torpaqlarının 20 faizi 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir”, - deyə dövlət başçısı vurğuladı.

Prezident İlham Əliyev əlavə etdi ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: “Bu dayandırılmalıdır. Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndində 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır”.

Xəbərdarlıq

Prezident İlham Əliyev BMT tribunasından Ermənistana xəbərdarlıq etdi. Qeyd etdi ki, ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq. Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Faktiki olaraq, Azərbaycan lideri dünya ictimaiyyəti qarşısında beynəlxalq hüququn tanıdığı haqqımızdan istifadə edəcəyimizi açıq şəkildə bəyan etdi. Bu, o deməkdir ki, mənasız danışıqlar heç bir nəticə vermir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən an hərbi əməliyyatlara başlaya bilər. Əslində Prezidentin ABŞ-a səfəri ərəfəsində ordumuzun genişmiqyaslı hərbi təlimlərə başlaması da Bakının öz mövqeyində nə qədər inandırıcı olduğunu nümayiş etdirmək gedişi idi. Təbii ki, dövlət başçısının dediyi kimi, hər şey beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində baş verəcək.

Dünyaya mesaj

Prezident İlham Əliyev BMT tribunasından bu ali orqanın yanlış siyasətini də dilə gətirdi.

Azərbaycan lideri qeyd etdi ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib: “BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var. Lakin Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir ki, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır”.

BMT tirbunasında BMT-nin səhvlərini dilə gətirmək və haqlı tələbini irəli sürmək heç də bütün siyasətçilərin ata biləcəyi addım deyil. Bunu ancaq güclü liderlərin edə biləcəyi faktoru burada diqqətdən qaçmır. İlham Əliyev güclü lider olduğunu göstərməklə yanaşı, ədalətin bərpa olunmasını da açıq şəkildə bəyan etdi. Əks təqdirdə, Azərbaycan Ordusu hərbi əməliyyatlara start verəcək.

Təsadüfi deyil ki, Azərbaycan liderinin BMT tribunasından səsləndirdiyi fikirlər Ermənistanda ciddi təşviş yaradıb. Ermənistan mediası “İlham Əliyev dünyanın qarşısında Ermənistana sonuncu xəbərdarlığını etdi” deyə yazıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/214147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR