SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb

SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb
12:42 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yüksək işgüzar nüfuzuna mənfi təsir edəcək, onun bazardakı mövqeyini zəifədəcək halların önünə keçmək üçün şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb.
"Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. 
"Şirkət korrupsiya ilə mübarizə və fəaliyyətin artırlması üzrə standartlar hazırlayaraq tətbiq edib. Hər bir standartda şəffaflığın artırılması əsas götürülməklə korrupsiya ilə mübarizə, bu hallların minimuma endirilməsi və digər müxəlif məqamları əks olunub", - deyə o, qeyd edib. 
S.Qasımovun sözlərinə görə, SOCAR korporativ idarəetmə prinsiplərinin tətbiqi istiqamətində beyəlxalq təcrübədən yararlanır: "Bu prinsiplər əsasən SOCAR-ın idarəetmə orqanlarının vəzifə və səlahiyyətlərini müəyyən etməklə fəaliyyətindəki effektliyin artırılmasına, aparılan əməliyyatların şəffaflığının təmin olunmasına şərait yaradıb. Həmin prinsipilər həm də idaeətmənin qabaqcıl təcrübəyə uyğunlaşdırılması, fəaliyətin səmərələiliyinin artırılması, dövlətin və digər maraqlı tərəflərin mənafelərinin qorunmasını təmin edib. İdarəetmə 4 əsas prinsip üzərində qurulub: ədalətlilik, şəffalıq, hesabatlılıq və məsuliyyət".
SOCAR-ın vitse-prezidenti həmçinin deyib ki, şəffalıq prinsipi şirkətin fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətlə paylaşılmasını, biznes fəaliyyətinin vacib göstəricisi olan maliyyə hesabatlarının şirkətin bütün fəaliyyətinin real göstəricilərini əks etdirəcək formada şəkildə hazırlamasını tələb edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-seffafligin-artirilmasi-ile-bagli-seylerini-daha-da-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR