Elnarə onu tənqid edənlərə CAVAB VERDİ: “Qıcıq yaradıram”

Elnarə onu tənqid edənlərə CAVAB VERDİ: “Qıcıq yaradıram”
13:13 22 Sentyabr 2017
191 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elnarə Xəlilova onun geyimini tənqid edənlərə cavab verib.

Publika.az-aaçıqlama verən ifaçı geyiminin insanlarda qıcıq yaratdığını etiraf edib: “Qıcıq yaradıramsa da, tənqid edilirəmsə də bu mənim varlığıma dəlalət edir. Ola bilər sevilim, ya da sevilməyim, ancaq bu, onu göstərir ki, Elnarə faktoru var və müzakirə olunur. Ümumiyyətlə, insanlar son zamanlar aqressiv olublar. Əvvəl elə bilirdim belə münasibət təkcə mənədir. Sonra gördüm İradə İbrahimova oradan yazır, Lalə Məmmədova həmin insanlara nə boyda status həsr edib. Başa düşdüm ki, ay aman bunların işi tək mənimlə deyil. Boş-bekar insanlardır oturub camaatın qanını qaraltmaqla məşğuldurlar”.

İfaçı tənqidlərə baxmayaraq köhnə stilini geri qaytarmayacağını da bildirib:

“Köhnə Elnarəni qaytarmaq fikrim yoxdur. Dünyada nə baş verirsə, fikrim bu dəqiqə oradadır. Hazırda Ələkbər Tağıyevin “Ananın səsi” mahnısını ifa etməyə hazırlaşıram. Əsas odur salamatçılıq olsun”.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/214263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR