Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv edib

Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv edib
16:02 22 Sentyabr 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Rusiyanın Qara dəniz donanmasına məxsus "Velikiy Novqorod" sualtı gəmisi "Kalibr" qanadlı raketlərlə terrorçuların Suriyada yerləşən obyektlərini atəşə tutub.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Atəş saat 10:11-də Aralıq dənizi akvatoriyasından açılıb. Hədəf sualtı gəmidən, təxminən, 300 kilometrədək aralıda yerləşən İdlib vilayətində "Cəbhət-ən-Nüsrə" yaraqlılarının obyektləri olub.
Məlumata görə, bütün hədəflər vurulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-sualti-gemisi-suriyada-yaraqlilarin-hazirlandigi-bazani-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR