İstanbul bələdiyyəsinin sədri istefa verdi

İstanbul bələdiyyəsinin sədri istefa verdi
20:34 22 Sentyabr 2017
33 Digər
Ölkə mətbuatı
A- A+

İstanbul Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.

 

APA-nın CNN - Türkə istinadən verdiyi xəbərə görə, bunu K. Topbaş keçirdiyi mətbuat konfransında  bəyan edib.

 

K.Topbaş Ədalət və İnkişaf Partiyasında fəaliyyətini davam etdirəcəyini bildirib: “Müxalifət bunun üzərindən siyasət qurmaq istəyir. Buna heç vaxt icazə vermərəm. Mən bu gündən bələdiyyə sədri vəzifəsindən istefa verdim. Lakin siyasi partiyam ilə ziddiyyətim yoxdur. Hal-hazırda partiyamın üzvüyəm”

 

Qeyd edək ki, AKP-nin üzvü olan  K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR