"Nobel"i Merkel yox, Ərdoğan almalıdır

Suriyada baş verən rəzilikkdən dolayı, qardaş Türkiyə Cümhuriyyti 4 milyona yaxın insana qucağını açdı. Ola bilər ki, bu rəqəm kimlər üçünsə adi rəqəm kimi gəlsin. Unutmayın ki, nə qonşu Gürcüstanda, nə də Ermənistanda bu qədər insan yoxdur.  

Üstəlik bu gələn insanların içində hər məhzəbə qulluq edən, hər cür oyunların içindən çıxmış saysız –hesabsız insanların da olduğunu hesaba qatsanız, Türkiyənin hansı sınaqlar qarşısında qaldığını görəmək mümkün olardı. O zaman da türkiyəni yarğılayanlara demək istəyirəm ki, heç olmasa mələyə bütöv şəkildə yanaş.

Təsəvvür edin, Türkiyə təkbaşına 4 milyona yaxın insan qəbul edir. Üstəlik bu qədər insanalrın yaşama qarantisini öhdəsinə götürürür. Türkiyənin Suriya krizində mülətcilər üçün bütün xalq tərəfindən toplanılan xərcəmələr 25 milyar dollardır. Qardaş Türkiyə bu yardımı edərkən, terrorla mübarizə aparırdı. PKK, PYD, FETÖ, DEAŞ ilə qanlı çatışmalara girdiyi ən çətin dönəmlərdə, sərhəddi keçən, bu torpaqları özünə son sığınacaq bilən insan selinə qarşı səbrli davranmş, bir dənə də olsun qeyri-insani münasibət nəzərə çarpmamışdır. Ən dəhşət doğuran məqam budur ki, bütün gücüylə birləşib Yaxın Şərqdəki bu qarışıqlığı yaradan Avropa ölkələri və ABŞ dövləti, toplam qəbul elədikləri köç sayısının 30-40 min civarından o tərəfə keçmədi. Bir tərəfədən Suriyada qarışıqlıq yaradıb ağılalmaz fəlakəti körükləyən Merkellər, ən ağır silahlarını da bu yerlərdəki insanların üzərində sınaqdan keçirdib, bir tərəfədən də, bütün olub bitənlərdə Türkiyə hökümətini suçlu kimi göstərməkdən doymurdular. Əslində onlar da yaxşı başa düşürdülər ki, bu qədər köçün ağzı bir başa Avropaya, Amerkaya açılmalıydı. Indi siz düşünün, bu qədər insanının birdən birə Avropaya üz tutması, Avropanın rəsmən altının üstünə çevrilməsi demək idi. Buna görə bütün Avropa dövlətləri Türkiyə dövlətinə borc ödəməli idi. Məncə bu borc qiyamət gününə qədər onların boynundan asılı qalacaq. Bütün bu olub bitənlərin müqabilində onların ödəmək istəyəcəkləri pul yardımı da sözdən başqa bir şey deyilmiş. Məqsəd, həm də bu yolla da Türkiyənin dizlərini yerə gətirməkdən ibarət imiş.

Ancaq Türkiyə hakimiyyəti xalqla əl-ələ verib səfərbər oldular, gerçəkdən müdhiş bir birlik, yardımlaşma nümayiş etdirib Türkiyni də bu xaosun, qarışıqlıq bəlasının içindən çəkib çıxardılar. Sizə bir şey söyləyimmi, inanın, 4 milyon deyil, bu köçlərin sayısı 10 milyon da olsaydı belə, Türkiyə kimsənin yardımı olmadan bu qarmaşanın içindən məharətlə çıxacaqdı. Necə deyirsiniz? Türk toplumunu tanıyan biri olaraq, yaxşı bilirəm ki, Türkiyədə olan sistem, düzən, törə, anlayış heç bir yerdə yoxdur. Bu heç dövlətin, hakimiyyətin də üzərinə götürəsi bir məsuliyyət deyil. Ən azından türk xalqının içində fəaliyyət göstərən vəkflər, insani yardım quruluşları, könüllü paylaşma dərnəkləri, sadə vətəndaşların “sən məndən, mən səndənəm” zehniyyəti, zəngin ailələrin imanı, inancı heç vaxt imkan verməz ki, maddi məsələ ucbatından Türkiyə uçruma getsin. Bu işin fəlsəfəsini bizdə hələ də analayan, ona sayğı duyan, sevgi bəxş edən bir kəsim yox dərəcəsindədir. Əgər olsaydı, indiyə kimi bizdə də bu sistemin ipucları görünə bilərdi.

Hələ Türkiyənin başının bu şəkildə qatılmasına baxmayaraq, hər türlü çətinliklərlə üz-üzə qoyulmasına baxmayaraq, bu gün Türkiyə xalqı, dövləti, ölkəsi Mekisqada baş verən məlum qasırğa fəlakətindən dolayı ora yardım əlini uzadanların sırasında 2-ci yerdədir. Bu nə deməkdir? Bu o deməkdir ki, məni, mənim insanımı, vətənimi, millətimi, inancımı alt-üst etmək istəyən, hətta bunun üçün terroristlərə milyonlar xərcələyən bir ölkənin ən dar günündə mən hər şeyi gözardı edib, o əzab çəkənin, zərər görənin yanındayam. Budur müsəlman, budur islam. Islam terror deyil, islam savaş dini deyil, isilam öldürmək, qətl etmək, silmək, yox etmək üçün deyildir əsla. Bu gerçəkləri hər kəs, bütün dünya yaxşı görsə də, gözəl bilsə də, ancaq Türkiyəyə, müsəlmanlara, İslama qarşı olan öz kin- küdurətlərindən əl çəkmirlər.

Bu qədər baş verənlərin fonunda Almaniyanın baş naziri Merkel az qalırdı Nobel mükafatını əldə eləmək üçün müharibəyə başlasın. Özü də yaxşı bilirdi ki, Yaxın Şərqədəki bütün iyrəncliklərin başında gələnlərdən biri ola- ola, ən azından bu yerdə susması lazım idi. Onun bu iddiasına Tayib Ərdoğanının çıxışları olmasaydı, bəlkə də olumlu cavab verəcəkdilər. Nobel mükafatı verəcəkdilər ki, dinc dayanma, qarışıqlıq yaratmaqda, terroristlərə silah satmaqda, milyonlarla günahsız insanların qanını axıtmaqda aktivliyini əldən vermə.

Avropa budur! Demirəm xristianlıq, özünü xristian adlandıran kəsim budur! İndi siz düşünün, Tayyib Ərdoğanın sərgilədiyi tavrın, Türkiyə dövlətinin yürütdüyü siyasətin bir faizini Avropanın hər hansı bir ölkəsi, dövlt başçısı etmiş olsaydı, ona Nobeli ya çoxdan verərdilər, ya da, onun həmən başını əkəcəkdilər ki, sən dəlisən, müsəlmanlara qarşı bu qədər səmimilik, dürrüstlük, ədalətli siaysət nümayiş etdirisən? Yoxsa, sən də onlardansan, gizli şəkildə onlaramı işləyirsən?

Bəs yaxşı, 4 milyona yaxın Suriyalı müsəlmana qucaq açan Türkiyə dövləti, bu günlərdə Mekiskadakı fəlakət qarşısında eyni tavrı, əxlaqı, ədaləti nümayiş etdirmədimi? BU baş verənlərin hamısı uzaq tarixdə deyil, gözlərimizin qarşısında baş verir. Demək Türkiyə Cümhuriyyəti, Türkiyə höküməti heç kimə, heç bir böyük güclərə işləmir, yalnız Allaha işləyir desək, səhərədən bəri vurğulamağa çalşdığım həqiqətlər də yerini almış olar.

Xanəmir Telmanoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı