Mitinqdə 1500 nəfər iştirak edib - Baş Polis İdarəsi

Mitinqdə 1500 nəfər iştirak edib - Baş Polis İdarəsi
17:19 23 Sentyabr 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirilən mitinqi ilə bağlı məlumat yayıb.

 

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 23-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.  

 

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR