"Qarabağ" və rəqibləri: hamısı qələbə qazandı - VİDEO

"Qarabağ" və rəqibləri: hamısı qələbə qazandı -   VİDEO
11:57 24 Sentyabr 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Milli çempionatlarda növbəti turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri də meydana çıxıb.


Sentyabrın 27-də "Qarabağ"la qarşılaşacaq "Roma" Bakı səfərindən öncə "Udineze"ni qəbul edib. Oyun paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma"nın qollarına Edin Dzeko və Stepan Əl Şaravi (2) imza atıb. "Qarabağ"ın rəqibi 5 turdan sonra 12 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 



"Atletiko" İspaniya La Liqasının VI turunda "Sevilya"nı qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Matçın qollarına Yannik Karrasko və Antoine Qrizmann imza atıb. "Atletiko" 6 turdan sonra 14 xalla turnir cədvəlinin 2-ci pilləsini tutur və lider "Barselona"dan 4 xal geri qalır.



"Çelsi" isə İngiltərə Premyer Liqasının "Stok Siti"nin qonağı olub. Lodon klubu səfərdə darmadağına sevinib - 4:0. Alvaro Moratanın het-trik etdiyi oyunda Pedro bir qol vurub. "Çelsi" 6 oyunda 13 xal qazanıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qarabağ"ın rəqibi liderlərdən - "Mançester Siti" və "Mançester Yunayted"dən 3 xal geri qalır.



Qeyd edək ki, "Qarabağ" Topaz Premyer Liqasının VI turunda "Sumqayıt"ı qəbul edib və 4:1 hesablı qələbə qazanıb. Ağdam klubunun heyətində Mahir Mədətov 2, Riçard Almeyda (penalti) və Pedro Enrike hərəyə bir qol vurub. Ehtiyatda bir oyunu olan "Qarabağ" 15 xalla turnir cədvəlinə başçılıq edir.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-v-rqiblri-hams-qlb-qazand-t60727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR