Qətər Azərbaycandan süd və ət idxalına başlayıb

Qətər Azərbaycandan süd və ət idxalına başlayıb
11:12 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Qətər Azərbaycandan süd və ət məhsulları almağa başlayıb. "Report"un Qətər mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Lulu Group International" şirkətinin direktoru Mühammed Althaf bildirib.
Onun sözlərinə görə, Qətərin iqtisadi blokadasından əvvəl ölkənin iş adamları Azərbaycan və ona qonşu olan ölkələrdən məhsul idxalına maraq göstərmirdilər. Nəqliyyat sahəsində mövcud olan çətinliklər buna imkan vermirdi.
"Lakin hazırda Azərbaycan və ona qonşu olan ölkələr İranın razılığı ilə Bəndər Abbas limanına çıxış əldə ediblər. Bu isə idxal edilən zəruri məhsulların Bəndər Abbas limanından Qətərə çatmasına 24 saatdan da az vaxt sərf etməyə imkan verir", - deyə M.Althaf əlavə edib. 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir iyunun 5-də Qətəri terror təşkilatlarına dəstək verməkdə, Yaxın Şərqdə vəziyyəti pozmaqda ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsib. Sonradan Liviya, Yəmən, Mavritaniya, eləcə də Maldiv adaları və Mavriki Qətər ilə münasibətləri kəsdiklərini bəyan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/qeter-azerbaycandan-sud-ve-et-idxalina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR