Rusiyada adamyeyənlər ailəsi tutulub

Rusiyada adamyeyənlər ailəsi tutulub
14:17 25 Sentyabr 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Rusiyanın Krasnodar diyarında adamyeyənlər ailəsi tutulub.
“Report” NTV-yə istinadən xəbər verir ki, bu faktı Rusiyanın İstintaq Komitəsi təsdiqləyib.
Bir neçə gün əvvəl Krasnodarda aviasiya peşə məktəbinin ərazisində içərisində qadın orqanları olan salofan torba və vedrə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 35 yaşlı yerli sakindən şübhələniblər. Polis insan bədəninin doğranmış hissələrinin fotosu olan cib telefonunu onun üstündə aşkar etdikdən sonra şübhəlini tutub.
Rusiya İstintaq Komitəsinin əməkdaşları bir nəfərin qətli faktını təsdiqləyib. Kannibal ailəsinin bölgədə 1999-cu ildən fəaliyyət göstərdiyi ehtimal olunur.
Bir müdət əvvəl mətbuatda yazılmışdı ki, qatillər 7-30-dək qadın və kişini təkcə öldürməyib, onları doğrayıb, qurbanlarını yeyib, hətta konservləşdiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-adamyeyenler-ailesi-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR