Sentyabrın 29-da Bakının mərkəzində YÜRÜŞ OLACAQ

Sentyabrın 29-da Bakının mərkəzində YÜRÜŞ OLACAQ
17:08 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Mərkəzi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzi və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyası sentyabrın 29-da veloyürüş keçirəcək.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, yürüş “Ümumdünya Ürək Günü” münasibətilə sağlam həyat tərzini, eləcə də müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədilə 29-da “Sağlam ürək, sağlam həyat!” şüarı altında baş tutacaq.

Veloyürüşdə rəsmi dövlət nümayəndələri, ictimai xadimlər, sığorta təşkilatlarının nümayəndələri, Respublika Müalicəvi Diaqnostika Mərkəzində əməliyyat olunmuş və kardioreabilitasiyadan keçmiş şəxslər həkimləri ilə birgə iştirak edəcəklər.

Veloyürüşə 29 sentyabr saat 10:00-da “Azneft dairəsi”ndə start veriləcək və Heydər Əliyev Mərkəzində yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/214605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR