Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub

Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub
11:09 26 Sentyabr 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Sentyabrın 23-də FHN-nin Təlim-Tədris Mərkəzində Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub.

 

Tədbir “Gilan Holding”-in, FHN, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil olunub. Təntənəli açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-nin baş katibinin müavini, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri üzrə şöbəsinin rəisi, birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış ediblər.

 

Yüksək qonaqların çıxışlarından sonra yarışa start verilib. İştirakçılar trasa saat 15:00-da çıxıblar. Sonuncu komanda finişə 19:30-da çatıb. Tədbirin əsas hissəsi isti havada keçib, iştirakçılara və qonaqlara 12 000 litr içməli su sərf olunub.

 

Yarışmada 1 500-dən artıq insan iştirak edib. Onların sırasında azərbaycanlı iştirakçılardan əlavə, Rusiyanın müxtəlif şəhərlərindən olan nümayəndələr, həmçinin digər ölkələrdən qoşulmuş əcnəbilər də var idi. İştirak formatlardan biri qaliblərə 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparmağa imkan verib.

 

Kişilər və qadınların çempionatında ilk üç yerin sahibləri:

 

Kişilər:

1-ci yer – Sergey Perelıgin
2-ci yer – Anton Suzdalev
3-cü yer Yeqor Belousov


Qadınlar:

1-ci yer – Alisa Petrova
2-ci yer – Anastasiya Mixina
3-cü yer Olqa Tarantinova

 

Bütün gün ərzində tamaşaçılara idman və əyləncə fəaliyyəti təklif edən fan-zona, fud-kort və geniş konsert proqramı təklif olunub. Konsertdə Natiq Şirinovun Milli musiqi ansamblı, Cin və Fuad Əsədov çıxış ediblər. 

 

Tədbirin aparıcıları Sənan Şəfizadə və Nurlanə Cəfərova trasda yaşanan emosiyaları fan zonada yarada biliblər.

 

“Mübarizlər” ekstrim sevərlərə tam yeni istirahət formatını təklif edir - çətin keçilən ərazidə maneəli yürüş.

 

Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

 

Hal-hazırda maneəli yarışmalar dünyada ən çox populyarlıq qazanan yeni idman növü sayılmaqla yanaşı, klassik formatları artıq geridə qoyur.

 

İnformasiya dəstəyi APA agentliyinə aiddir.

 

İctimai şəbəkələrdə və  Mubarizler.az rəsmi saytımızda layihənin gedişatını izləyin.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR