Azərbaycan akrobatları Avropa çempionatının finalına yüksəliblər

Azərbaycan akrobatları Avropa çempionatının finalına yüksəliblər
11:22 26 Sentyabr 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın 3 akrobatı İtaliyanın Ankona şəhərində keçirilən 10-cu Avropa çempionatında finala yüksəlib. "Report"un məlumatına görə, milli komanda üzvləri ilk dəfə təmsil olunduqları 3 proqramın hər biri üzrə həlledici mərhələdə iştirak hüququna yiyələniblər. 
Fərdi proqramda Vladimir Dolmatov 20.950 xalla 7-ci pillədə qərarlaşıb. “Trio”da Elçin Məmmədov və Emil Quliyev Dolmatovla bərabər 20,350 xalla 8-ci olublar.
Yığmanın ən maraqlı və həyəcanlı çıxışlarından biri də Nərminə Hüseynova, Elçin Məmmədov, Ruslan Eyvazov, Nigar Həsənova, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Akif Kərimli və Nigar İbrahimbəylinin “Aero Dance” proqramında icra etdikləri kompozisiya olub. Gimnastlar milli musiqinin ritmləri üzərində qurulan elementləri peşəkarcasına yerinə yetirərək, yekun mərhələdə 5-ci olublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-akrobatlari-avropa-cempionatinin-finalina-yukselibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR