Sabunçunun polis rəisi işdən çıxarılıb

10:57 9 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 10:47 ]

Bakı. Hafiz Heydərov - APA. Bakıda daha bir polis rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

 

Əmrə əsasən, Bakının Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq idarə rəisinin müavini icra edir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR