Feysbuk BAĞLANIR - şok ADDIM

Feysbuk BAĞLANIR - şok ADDIM
16:38 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın mediaya nəzarət qurumu “Roskomnadzor” (Rabitə sahəsində informasiya texnologiyaları və kütləvi kommunikasiyaya nəzarət üzrə Federal xidmət) dünyanın ən böyük sosial şəbəkəsinin 2018-ci ildə Rusiya istifadəçiləri üçün bağlanacağını bildirdi.

Publika.az bildirir ki, “Roskomnadzor”un rəhbəri Aleksandr Jarovun sözlərinə görə, Feysbuk Rusiyada qadağan olunan Linkedin-in aqibətini təkrarlaya bilər.

Məlumat üçün bildirək ki, Feysbukun qurucusu Mark Zukerberq öz hesabında paylaşdığı videoda Rusiya ilə bağlı qalmaqallı iddialar səsləndirmişdi.

O, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini və bunu Feysbuk vasitəsilə həyata keçirdiyini bildirib. Rusiya da öz növbəsində, deyilənlərin absurd olduğunu və sosial şəbəkənin bu ölkədə qadağan ediləcəyi ilə hədələyib.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/214743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR