Vyetnamda keçirilən moda sərgisində üzərində Azərbaycan bayrağı və Qız qalasının əks olunduğu geyim nümayiş etdirilib
Paylaş
142 baxış·1 dəq oxu
Bakı. 27 sentyabr. REPORT.AZ/ Hanoy şəhərində Vyetnamın milli geyimlərindən ibarət moda nümayişi keçirilib. Azərbaycanın Vyetnamdakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə üzərində Azərbaycan bayrağı və Qız qalasının əks olunduğu geyim nümayiş olunub. Geyim öz cazibədarlığı ilə seçilib və iştirakçıların böyük marağına səbəb olub.