Azərbaycan millisinin (U-19) heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, Təbriz Həsənov Avropa çempionatının ilkin seçmə mərhələsi üçün 20 futbolçu sifariş edib.
Təmsilçimiz ilk oyununu İrlandiyaya qarşı keçirəcək. Oktyabrın 7-də Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək millimiz oktyabrın 10-da Kiprə qarşılaşacaq.
Qapıçılar: Şahin Zəkiyev (İnter), Murad Popov (Qəbələ), Məmməd Hüseynov (Qarabağ)
Müdafiəçilər: Hüseyn Seyligli, Mətin Gülər (hər ikisi Beşiktaş, Türkiyə), Əsgər Hüseynov, Elçin Əsədov, Yusif Həsənov (hər üçü Qarabağ), Ricat Qarayev, Murad Qayalı (hər iksi İnter)
Yarımmüdafiəçilər: Bahadur Həziyev (MOİK), Pilağa Mehdiyev (Qarabağ), Murad Mahmudov (“Ayntraxt”, Almaniya), Fərid Nəbiyev (Slaviya, Çexiya), Rafael Məhərrəmli (İnter), Ekinçilər Barış (Bohum, Almaniya), Süleyman Əhmədov (Qarabağ), Ceyhun Muxtarlı (İnter)
Hücumçular: İbrahim Əliyev (Qarabağ), Doğukan Öksüz (Trabzonspor)
Qeyd edək ki, qrup mərhələsinə İrlandiya ev sahibliyi edəcək.
Mənbə: affa.az