Beynəlxalq İnsan Hüquqları Federasiyasının və İşgəncələrə Qarşı Dünya Təşkilatının nümayəndə heyəti Ombudsman Aparatında olub

11:57 9 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 11:48 ]


Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FİDH) və İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Aparatdan APA-ya daxil olan xəbərə görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qəbul edilmiş və icra olunan müvafiq milli fəaliyyət proqramları barədə ətraflı məlumat verib. A.Səfixanlı eyni zamanda, Ombudsmanın insan hüquqları sahəsində gördüyü işlər, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə də danışıb.

 

Müvəkkilin Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizminin fəaliyyətini iştirakçıların diqqətinə çatdırıb. Daha sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR