2018-ci ildə Afrika Millətlər Kuboku Mərakeşdə təşkil olunacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, daha öncə təşkilatçılıq Keniyaya həvalə edilmişdi. Amma turnirə hazırlığın ləng getməsi və ölkədə hökm sürən qeyri-sabit siyasi durum Afrika Futbol Konfederasiyasını bu qərarı yenidən nəzərdən keçirməyə vadar etmişdi. Keniyanın əvəzinə turnirdə Misir oynayacaq. Millətlər Kuboku 12 yanvar - 4 fevral tarixlərində baş tutacaq.
Milli.Az