Nuhun gəmisi Ağrı dağında yox, Cudi dağında axtarılmalıdır...

Digər dinlərə görə, Nuhun gəmisi Ağrı dağında deyil, Cudi dağında axtarılmalıdır.Tövratda Ararat deyə keçən yerin Türkiyə ərazisinə məxsus Şırnağ bölgəsini də əhatə edən Urartı mədəniyyətinin ola biləcəyi qeyd edilir.

Türkiyənin Dəyanət İşlərinin apardığı araşdırmalar sonucu alimlərin çıxardıqları nəticələrdə Ararat dağı deyil, Cudi dağı göstərilərək gəminin suya oturmasından bəhs edirlir.

Tövrata görə Nuhun gəmisi tufan sonrası Ararat dağına, Qurani-Kərimə görə isə Cudi dağına oturmuşdur. Xatırladım ki, günümüzdə Ararat dağı Ağrı dağı adıyla məhşurdur.

Rəvayətə görə, Tufanda Nuhla birgə 80 nəfərin də qurtulduğu deyilir. Biıldirim ki, Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunun sərhəddi içində Cudi dağının ətəyində Həştan adlı bir kəndinin adı da olduqca məhşurdur. “Səksənlər” mənasına gələn bu kəndin də 80 nəfərlik olması barədə fikirlər səsləndirilib. Görünür bu qədər də təsadüflərin olması mümkün deyildir.

Cudi dağı və Şirnaq bölgəsindəki bir çox kənd, yer, yaşayış adlarının da Hz. Nuhun soyundan gələn insanların ( Gəmidəkilərin yəqin ki) adları ilə eynisi olmağı bu yöndəki ümidləri daha da artırır, şübhələri darmadağın edir. Elmi versiyalara görə, Nuhun tufanı, sel-su daşqını zamanı Mesopatomiyanın su altında qalması ehtimalı daha da kəsinlik qazanır. Son zamanlarda aparılan bir çox elmi araşdırmalar və tədqiqatlar da bu qənaətləri dəstəkləyir. Tövratın yazdığına görə, “Gəmi yeddinci ayın 17- ci günü Ararat dağında oturdu.”

Tarixi məlumatlarda o zamanlar bu ərazilərdə qədim Urartılıların olması da verilən bilgilər arasında yer alıb. Bu bölgənin- Urartunun sərhəddinin bir başı Ermənistan və Azərbaycanın Qərb tərəfi, Cənubi Azərbaycanın (indi İran yerləşən ) Urmiya bölgəsi və Dəclə çayının Quzeyinə uzanıb gedirdi.

Müqəddəs kitabımız Qurani-Kərimin Hud surəsində yazılır ki, “Sular çəkildi və gəmi Cudidə torpağa oturdu.”

Ararat dağının Van gölününü Cənubundan başlayıb Cudi dağında bulunduğu Dəclə çayına qədər uzanan dağ silsiləsi olduğunu düşünsək, Tövratla Qurandakı faktlar bir- birini ardıcıl şəkildə dəstəkləyir.

Yenə Quranda Hz. Nuh peyğəmbər Allahdan belə bir duada bulunur ki, “Rəbbim, məni bərəkətli bir yerə endir.” Yəni. elə bir yerdə gəmim dayansın ki, sular çəkiləndən sonra o ərazilərdə verəcəyin rızqın bərəkətindən insanlarım bəhrələnə bilsinlər və bundan özlərini xöşbəxt hiss edib, sənə gecə-gündüz dua etməkdən yorulmasınlar. Budur mədənəyiyyətə işləyəcək gerçəklər. Budur bir peyğəmbərin sözündə, istək və vasfında gizlənmiş gələcəyə miras qalacaq böyük mədəniyyətlərin toxumundakı sirr, mübhəmlik və qüdrət. Buyurun, hər şeyi bir tərəfə qoyun, yuxarıda sərhəddini çəkdiyim o ərazilərə xəritədə heç olmasa bir göz atın. Görün o ərazilərin yeraltı zənginlikləri dünyanın digər bölgələrindəki yeraltı zənginliklərdən nə qədər hesaba gəlməz, xərcləndikcə tükənməz bir bərəkətə sahibdir. Ancaq bu ərazilərdə yaşayan çağdaş toplumların bədbəxtliyi və hər cəhətdən çevik ola bilməmə ucbatından əllərindəki o bərəkəti başlarından vurub uzaq iqlimlərdə, bölgələrdə yaşayan toplumlar alıb yeyirlər. Yeri gələndə onların əleyhinə də məharətlə bu zənginlikdən istifadə edə bilirlər. Siz kitabımızda keçən bir ayətin günümüzdə bizi şahit çəkdiyi, reallığı, gerçəkləri gözümüzün önünə kimi gətirdiyi həqiqətə diqqət etsəniz, düşünməyi bir daha bacara bilərsiniz. Mövzumuz bu olmadığından qısa kəsirəm.

Onu da bildirim ki, Cudi dağının adının mənası comərtlik anlamını daşıyır. Yəqin ki, ilahinin o cömərtliyinin, yaratdıqlarına qarşı bol-bol nemətlər verməkdən usanmamasının nəticəsi olaraq bu dağ yer üzündə gələcək nəsillərə də bir ipucu versin.

Miladdan əvvəl 250-ci ilində yaşamış Babilli rahib Berossos tufan barəsində yazarkən qeyd edirdi ki, Cordiyan dağında oturan gəminin qalıntılarının hələ də qoruduğu xalq onun qırıntılarından boyunluq dualar düzəldər. Haqqında danışılan bu dağlar Cudi dağının cənub – qərb tərəfi zeytunluqdan ibarətdir. Deyilənə görə, Van gölünün cənub qərbindəki bu zeytunluğa göyərçinlər həmişə uçub gələrlər.

Dini kitablarda tufanla bağlı keçən məqamlardan biri də Nuhun tufanın bitib-bitmədiyini öyrənməsi üçün gəmidən açıb göndərdiyi göyərçinin ağzında zeytun budağı ilə qayıtmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı