Millimiz FİFA reytinqində 23 pillə gerilədi

Millimiz FİFA reytinqində 23 pillə gerilədi
14:17 16 Oktyabr 2017
28 İdman
Ölkə mətbuatı
A- A+

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib. 

Hazırda 273 xala malik komanda 115-ci pillədə qərarlaşıb. Belə zəif nəticəyə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son 2 oyununda Robert Prosineçkin baş məşqçi olduğu kollektivin Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzması səbəb olub. 
C qrupundakı rəqiblərdən Almaniya 1631 xalla 1-ci pillədə qalıb. 3 pillə geriləyən Şimali İrlandiya 889 xalla 23-cü, 12 pillə irəliləyən Çexiya 699 xalla 46-cı, 15 pillə irəliləyən Norveç 620 xalla 58-ci, mövqeyini dəyişməyən San Marino isə 10 xalla 204-cü pillədə qərarlaşıb. 
Qeyd edək ki, Braziliya 1619 xalla 2-ci, Portuqaliya 1446 xalla 3-cü pillədə qalıb. 6 pillə geriləyən Türkiyə isə 807 xalla 33-cüdür.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/590645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR