“Tesla” bir həftədə 400 nəfəri işdən çıxardı

“Tesla” bir həftədə 400 nəfəri işdən çıxardı
08:47 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Elektrik avtomobillər istehsalçısı "Tesla" şirkəti ötən həftə təxminən 400 nəfər əməkdaşını işdən azad edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyinə əvvəllər şirkətin yığım xəttində işləyən keçmiş əməkdaşı bildirib.
 
İxtisara düşənlər arasında bir sıra sıravi işçilər və orta rütbəli rəhbər şəxslər də olub.

Bu məlumatı cavablandıran "Tesla" bəyan edib ki, işdən çıxarılma personalın fəaliyyətinin illik qiymətləndirilməsi nəticəsində olub. Ancaq şirkət işdən çıxarılan işçilərinin sayını təsdiqləməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR