Bakıda sexdən oğurluq kameralara düşdü - VİDEO

Bakıda sexdən oğurluq kameralara düşdü - VİDEO
09:57 17 Oktyabr 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Oğurluq hadisəsinin izini avtomobil təmiri sexinin içərisində quraşdırılmış müşahidə kamerasının köməyi ilə tapmaq mümkün olub.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə yerləşən sexə orta yaşlı iki naməlum kişi avtomobilləri ilə daxil olub. Onlardan biri ustaların fikrini yayındırmaq üçün işçiləri sexdən uzaqlaşdırıb. Digər şəxs isə içəridəki masanın üzərində olan bir neçə mobil telefonu oğurlayıb. Maraqlıdır ki, bu hal bir ay ərzində eyni adam tərəfindən bir neçə dəfə təkrarlanıb.

Zərərçəkmişlər bununla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verib. Hazırda polis oğurluq əməlini törədən şəxslərin axtarışına başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda avtomobil təmiri sexində oğurluq olub


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/590896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR