ABŞ-da ilin bəlkə də ən maraqlı toylarından biri olub. Efiopiyanın son imperatoru Hayle Selassienin nəticəsi, 35 yaşlı Coel Makonnen 33 yaşlı Ariana Ostinlə ailə qurub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Otsuka America Pharmaceutical" şirkətində vəkil işləyən şahzadə Coel Makonnen A.Ostinlə 12 il əvvəl Vaşinqtondakı "DC Pearl" gecə klubunda tanış olmuşdu.

C.Makonnenin ailəsi Efiopiyada 1974-cü ildə baş vermiş hərbi çevriliş zamanı ölkəni tərk etmiş, İtaliyanın paytaxtı Romada məskunlaşmışdı.

Virciniya ştatınqdakı "Foxchase Manor" malikanəsində təşkil olunmuş toya 307 qonaq çağırılmışdı.

Milli.Az