“Trabzonspor”un yeni baş məşqçisini məlum oldu

“Trabzonspor”un yeni baş məşqçisini məlum oldu
09:03 18 Oktyabr 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi bəlli olub.

Publika.az xəbər verir ki, Qara dəniz klubunu Rza Çalımbay çalışdıracaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd olunur ki, Trabzon klubunun rəhbərliyi sözügedən mütəxəsisslə İstanbulda danışıqlar apardıqdan sonra prinsipial razılıq əldə olunub. Çalımbay bu gün Trabzona yollanacaq və rəsmi müqaviləyə imza atdıqdan sonra komandanı ilk məşqə çıxaracaq.

Qeyd edək ki, Çalımbay bu mövsümə “Antalyaspor”da başlamış, amma 5 turda 3 heç-heçə, 2 məğlubiyyətin ardından istefaya göndərilmişdi.

“Trabzonspor”u isə mövsümün əvvəlindən Ersun Yanal çalışdırırdı. O, son turda doğma meydanda “Akhisar”a 1:6 hesablı məğlubiyyətdən sonra istefaya göndərildi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR