Azərbaycana gələn xarici turistlərin sayı 21% artıb

Azərbaycana gələn xarici turistlərin sayı 21% artıb
11:47 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT. AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21% artıb. Bu artımın ilin sonunadək davam edəcəyi gözlənilir.
"Report"un verdiyi xəbərə görə, bu barədə mədəniyyət və turizm nazirininin müavini Nazim Səmədov məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə ölkəyə 2,071 mln. nəfər xarici vətəndaş gəlib.
Nazir müavini bildirib ki, daxili turizm də bu müddətdə artım dinamikası göstərib: "Belə ki, daxili turizmdə də illik 20%-ə qədər artım qeydə alınıb". 
N.Səmədovun sözlərinə görə, təkcə iyun-avqust ayları ərzində 860 mindən çox adam regionlarda istirahət edib: "9 ayın nəticələrini götürsək - həm daxili, həm də xarici turizmi birlikdə hesablasaq, bu, 3 mln. turist təşkil edir".

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycana-gelen-xarici-turistlerin-sayi-21-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR