Rakka İŞİD-dən sonra: boş küçələr, dağılmış binalar, yanmış avtomobillər... - VİDEO

Rakka İŞİD-dən sonra: boş küçələr, dağılmış binalar, yanmış avtomobillər... - VİDEO
11:58 18 Oktyabr 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın İŞİD terrorçularından azad edilmiş Rakka şəhərinin yeni görüntüləri yayılıb.

Publika.az-ın məlumatına görə, pilotsuz uçuş aparatı ilə çəkilən kadrlarda görünür ki, şəhər tamamilə xarabalığa çevrilib.

Videoda boş küçələr, yararsız hala salınmış yaşayış binaları və yanmış avtomobillər görünür.

"Paradise Square" meydanında Bəşər Əsədə müxalif olan ABŞ-ın dəstəklədiyi ərəb-kürd dəstələrinin avtomobilləri hərəkət edir.

Bundan başqa, şəhərin mərkəzində yerləşən, terrorçuların sonuncu dayaq nöqtəsi sayılan stadion və xəstəxana binasının da yarasız halda olduğu görünür.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR