Çempiondan ard-arda REKORDLAR –AVROPA TƏƏCCÜB İÇİNDƏ

Çempiondan ard-arda REKORDLAR –AVROPA TƏƏCCÜB İÇİNDƏ
12:33 18 Oktyabr 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında ilk 3 matçda qalib gələrək Türkiyə futbolunda tarix yazan “Beşiktaş” qazandığı məbləğlə də rekord qırıb.

Publika.az xəbər verir ki, “qara qartallar” növbəti matçda da qalib gələrsə, G qrupundan lider çıxmaqla yanaşı, 43 milyon avro əldə edəcək.

“Beşiktaş” qrup mərhələsində qalan digər 3 matçda da qalib gələrsə, gəliri 45,7 milyona qalxacaq.

ÇL-də sürətlə və uğurlu şəkildə irəliləyən klub transfer məsələsində işlərini davam etdirir. Son olaraq Domaqoj Vida ilə razılığa gələn komanda indi də ABŞ-ın “Orlando City” komandasının 22 yaşlı ulduzu Sili Larinə göz dikib.

Hər iki tərəf arasında qarşılıqlı razılaşma əldə edilərsə, S.Larin “Beşiktaş”a ödənişsiz olaraq qatılacaq. Xüsusilə, bitirici vuruşlarla diqqət çəkən futbolçunun dəyəri 5 milyon avrodur.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR