"Qarabağ"ın məşqçisi "Atletiko"ya məğlubiyyətin səbəbini açıqlayıb

"Qarabağ"ın məşqçisi "Atletiko"ya məğlubiyyətin səbəbini açıqlayıb
16:37 18 Oktyabr 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "İlk dəfədir qrup oyunları Bakıda keçirilir. Bu, bizim üçün yaxşı təcrübədir. Oyundan-oyuna artıracağıq. Turnir bizim üçün faydalı olacaq. Hələlik futbolçularımız belə oyun tempinə alışmayıblar. Məğlub olduq. Səviyyə fərqi ortadadır". 
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın məşqçisi Aftandil Hacıyev UEFA Gənclər Liqasının III turunda Bakıda İspaniya "Atletiko"suna 1:4 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
O, bildirib ki, "Qarabağ" yenilsə də, birinci hissədə yaxşı təsir bağışlayıb: "İlk 15-20 dəqiqədə müsbət məqamlar da oldu. Hesabı 2:3 də edə bilərdik. Turnirə tam hazır olmasaq da, fayda görürük. Bu, istər məşqçilər, istərsə də futbolçular üçün təcrübədir. Uşaqlar sürəti hiss edir, alışmadıqları taktikanı, komanda şəklində müdafiə olunmağı görürlər. Limitlə bağlı problemimizin olduğunu söyləməliyəm. Elə futbolçularımız var ki, müəyyən səviyyəyə gəlib çata, legioner həyatı yaşaya bilərlər. Öz üzərlərində çallşmalıdırlar, sosial həyatları düzgün olmalıdır. Bütün tələblərə əməl etməlidirlər. Yaxın 2-3 ildə yetirmələrimiz üzə çıxacaq".
Köməkçi-məşqçi legioner futbolçuların bütün görüşlərdə meydana çıxa bilməmələrinin limit və onların hazır olmamaları ilə əlaqələndirib: "Yaroslav Deda əvvəlki matçlarda zədəli idi. "Roma" ilə görüşə çatdıra bilmədik. Bu gün qol vursa da, 90 dəqiqə çıxış etməyə tam hazır deyil. Limitə görə bəzi futbolçuları heyətə sala bilmirik".
Hacıyev komandanı oyuna baş məşqçi Rəşad Sadıqovun deyil, onun çıxarmasına da aydınlıq gətirib: Paltardəyişmə otağında bir yerdə idik. Komandanı oyuna birgə hazırlamışıq. Sadıqov məşqçi olmağa çox həvəslidir. Onu əvəzləməyə deyil, kömək etməyə çalışırıq. Böyük ehtimalla, axşam "Atletiko"ya qarşı oynayacaq. Ona görə də qərara aldıq ki, məşqçi skamyasında mən olum".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-mesqcisi-atletiko-ya-meglubiyyetin-sebebini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR