Məscidə gedən 17 yaşlı qızı maşında zorlayıb, öldürdükdən sonra gölə atdılar - VİDEO

Məscidə gedən 17 yaşlı qızı maşında zorlayıb, öldürdükdən sonra gölə atdılar - VİDEO
16:42 18 Oktyabr 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Vircinia ştatında məscidə gedən 17 yaşlı qızın yolunu kəsərək təcavüz edib, öldürən qatilə edam cəzası istənilib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Darvin adlı şəxs restoranda yemək yeyən 15 müsəlman qızla dava edib. Qızlar daha sonra restorandan çıxıb məscidə doğru gedərkən Darvin avtomobili ilə qızları təqib edib və bir avtoparkda onlara hücum çəkib.

Tutduğu 17 yaşlı Hassaneni beyzbol taxtası ilə döyüb, maşınına sürüyən Darvin qızı zorladıqdan sonra öldürüb cəsədini bir gölə atıb.

Darvin qızlara hücum etdiyi ilk yerə geri dönərkən qızlardan biri onu tanıyıb, polisə xəbər verib. Saxlanılan qatil polisə qızı atdığı yeri göstərib. Polis qızın, sadəcə, müsəlman olduğu üçün hücuma məruz qaldığını söyləyib.

Darvinin vəkili Attorney Raymond Morrogh caninin edamının tələb edildiyindən başqa bir məlumat verməyib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məscidə gedən 17 yaşlı qızı maşında zorlayıb, öldürdükdən sonra gölə atdılar


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR