Tacikistanda cinsi azlıqların bütün nümayəndələri qeydiyyata götürülüb

Tacikistanda cinsi azlıqların bütün nümayəndələri qeydiyyata götürülüb
17:02 18 Oktyabr 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Tacikistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ölkədə yaşayan cinsi azlıqların bütün nümayəndələrini əməliyyat qeydiyyatına götürüb.
"Report" "CA-news" portalına istinadən xəbər verir ki, qeyri-ənənəvi oriyentasiyalı şəxslərin siyahıya alınması "Əxlaq" və "Təmizlik" kod adları ilə keçirilən əməliyyatlar çərçivəsində baş tutub.
Siyahıda 319 homoseksual kişi və 48 lezbiyan qadın yer alıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, geylər və lezbiyanların qeydiyyata alınması onların HİV infeksiyasına yoluxma riskinin yüksək olması və tez-tez tərəf müqabili dəyişdiklərindən əhalinin həssas təbəqəsinə aid olmaları ilə bağlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tacikistanda-cinsi-azliqlarin-butun-numayendeleri-qeydiyyata-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR