Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazanıb

Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazanıb
23:52 18 Oktyabr 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib.
“Report” xəbər verir ki, mötəbər yarışın ilk günü millimiz aktivinə 2 medal yazdırıb.
55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı və 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov finala qədər bütün rəqibəri üzərində qələbə qazanıblar. Lakin hər iki cüdoçumuz finalda üstünlüyü rəqibə verərək gümüş medala sahib olublar.
83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.




Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-cudoculari-dunya-birinciliyinde-2-gumus-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR