16 yaşlı Kübra sevgilisinə qurban getdi - FOTO

16 yaşlı Kübra sevgilisinə qurban getdi - FOTO
13:23 19 Oktyabr 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Sevgilisi ilə görüşməsin deyə qardaşları tərəfindən evdə dustaq kimi saxlanılan 16 yaşlı D.Kübra faciəli şəkildə həyatını itirib.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Valideynlərini itirdikdən sonra qardaşları ilə birlikdə yaşayan Kübra sevgilisi ilə qaçmaq istəyib. Qardaşlarının evdə olmadığından istifadə edən qız yaşadıqları 6 mərtəbəli binanın 3-cü mərtəbəsindən düşmək istəyib. Pərdə ilə yataq örtüyünü bir-birinə düyünləyən qız pəncərədən düşmək istəyərkən müvazinətini itirərək 10 metr yüksəklikdən yerə çırpılıb.

Hadisə yerinə gələn təcili yardım və polis əməkdaşları gənc qızın cansız bədənini tibbi ekspertizaya göndərib. Faktla bağlı araşdırma başladılıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR